Cüdoçularımız dünya çempionatında 7 medal qazandı

Cüdoçularımız dünya çempionatında 7 medal qazandı

Polşanın Krakov şəhərində keçirilən usta cüdoçular arasında sentyabrın 9-da Dünya çempionatında M1 və M3 yaş kateqoriyaları üzrə qaliblər bəlli olub.

Azərbaycan Cüdo Federasiyasından AzerTimes-a bildirilib ki, yarışın ikinci günündə M1 yaş kateqoriyası üzrə -73 kq. çəkidə Nadir Babayev gümüş medal, -90 kq. çəkidə Murad Rəcəbli gümüş medal, -100 kq. çəkidə Tural Səfquliyev qızıl medal, +100 kq. çəkidə isə Qurban Məmmədli gümüş medal qazanıb.

M3 yaş kateqoriyasında yarışan idmançılarımız -73 kq. çəkidə Rəşad Quliyev bürünc medal medal, -81 kq. çəkidə Azər Fətullayev qızıl medal və Zülfüqar Hüseynov gümüş medal əldə edib.

Usta cüdoçularımız dünən ümumilikdə 2 qızıl, 4 gümüş və 1 bürünc medala sahib olub.

Teqlər: