Cüdoçularımız Avropa kuboku yarışında 2 medal qazanıblar

Xorvatiyanın Dubrovnik şəhərində start götürmüş cüdo üzrə Avropa kuboku yarışını Azərbaycan komandası 2 medalla başa vurub.

Trend xəbər verir ki, cüdoçularımızdan 90 kiloqram çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov yalnız həlledici final görüşündə məğlub olub və nüfuzlu turnirin gümüş medalına sahib olub. Məhərrəm İmamverdiyev (81 kq) isə yarışı üçüncü pillədə başa vurub.


Qeyd edək ki, Avropa kuboku yarışında Azərbaycanı kişilərdən ibarət milli komandamız təmsil edib. Azərbaycanın 11 cüdoçu ilə qatıldığı mötəbər yarışda 26 ölkədən 300-ə yaxın cüdoçu mübarizə aparıb.

Teqlər: