Cüdoçularımız açıq Avropa turnirini 5 medalla başa vurublar

Cüdo üzrə Azərbaycan milli komandası Varşavada keçirilən açıq
Avropa turnirini 5 medalla başa vurub.

AzerTimes-ın
məlumatına görə, yarışın ikinci – sonuncu günündə 100 kiloqramdan
yuxarı çəki dərəcəsində mübarizə aparan İmran Yusifov üçüncü yeri
tutub. Bununla da komandamızın qazandığı medalların sayı beşə
çatıb.

Yarısın birinci günündə Azərbaycan komandası 2 qızıl, 1 gümüş, 1
bürünc medal qazanıb.


Qızıl medalları yığmamızın aktivinə Əhməd Yusifov (60 kq) və
İbrahim Əliyev (66 kq) yazdırıblar. Gümüş medala İsmayıl İbrahimov
(66 kq), bürünc medala isə Rövşən Əliyev (60 kq) sahib olublar.

Yarışa 13 idmançı ilə qatılan komandamız bu nəticə ilə 32 ölkə
arasında üçüncü yeri tutub. .

Teqlər: