Cüdo Federasiyası strateji hədəflərini açıqladı

Cüdo Federasiyası strateji hədəflərini açıqladı

Azərbaycan Cüdo Federasiyası 2024-2028-ci illər üçün strategiyasını təqdim edib.

AzerTimes xəbər verir ki, bu barədə federasiyanın baş katibi Rəşad Rəsullu Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı məlumat verib.

O bildirib ki, qarşıda duran ən əsas məqsəd Azərbaycanı cüdo üzrə dünyanın qabaqcıl ölkələrindən birinə çevirməkdir.

Baş katib 4 illik inkişaf planında 3 strateji istiqamət və dəstəkləyici amilləri açıqlayıb.

Strateji istiqamətlər kütləviliyin artırılması, istedadların inkişaf yolunun təkmilləşdirilməsi, elit idmanda nailiyyətlərin yaxşılaşdırılmasıdır.

Dəstəkləyici amillər isə məşqçilərin inkişafı, idman mütəxəssislərinin hazırlanması, meqatədbirlərin təşkili, infrastruktur, özəl sektorun iştirakı və maliyyələşdirmə, klublar və federasiyaların imkanları, tənzimləmə, idarəetmə, dəstək, müxtəliflik və inklüzivlik, rəqəmsallaşma, kommunikasiya və iştirakdır.

Teqlər: