Çoxqütblü dünya məhv olacaq, Rusiya isə…

Çoxqütblü dünya məhv olacaq, Rusiya isə…

Enerji böhranı çoxqütblü dünyanı məhv edə, Rusiya və AB-ni fövqəldövlət statusundan məhrum edə bilər.

AzerTimes xəbər verir ki, bunu “Foreign Policy” nəşri yazıb.

“Enerji böhranının gedişində dünya iqtisadiyyatında yalnız ABŞ və Çin önə çıxa bilər. Eyni zamanda, Avropa ilə Rusiya arasında qarşıdurma çoxqütblü dünyanı tamamilə məhv edəcək və Rusiyanın yeri Çinin hansı mövqedə olacağından asılı olacaq. Avropa yanacaq qıtlığından və onun təchizatındakı çətinliklərdən əziyyət çəkməyəcək. Məsələ ondadır ki, iqtisadi artım tempi azalacağından Avropa Birliyi sadəcə olaraq iqtisadi rəqabət qabiliyyətini itirəcək. Bu nəticələrin əsas səbəbi Rusiyanın enerji resurslarından böyük asılılıqdır. Bərpa olunan enerji mənbələrinə keçid isə uzun müddət tələb edir”, – nəşr bildirib.

Qeyd edilib ki, qarşıdurma nəticəsində Rusiya daha çox zərər görəcək, çünki neft və qaz hasilatı azalmağa başlayacaq. Bundan əlavə, tədarükün Asiya regionuna istiqamətləndirilməsi nəinki böyük miqdarda vəsait itkisinə, həm də vaxt itkisinə səbəb olacaq, çünki Rusiya Asiyadan olan tərəfdaşların asılılığına düşəcək.

Teqlər: