Çoxlu söz deməyə dilim gəlmir – Qriqorçuk

Çoxlu söz deməyə dilim gəlmir – Qriqorçuk

Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirə bilmədik.

AzerTimes xəbər verir ki , bunu “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın VII tur oyunundan sonra mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis fanatları məmnun edə bilmədikləri üçün məyus olduqlarını bildirib:

“Bu, mənim üçün də xoş deyil. Amma əminəm ki, yaxşı futbol və qələbə ilə tərəfdarları sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq”.

“Yalnız bir hədəfimiz var. Qalib gəlməyəndə, adamın çoxlu sözlər deməyə dili gəlmir, indi sakit duraq. Ümid edirəm ki, futbol haqqqında danışmaq daha asan olacaq. Onu görəcəksiniz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək”, – deyə baş məşqçi vurğulayıb.

Teqlər: