Ukrayna tərəfi Çinin sülh sammitində iştirakında maraqlıdır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ölkələrin siyahısına (sülh sammitinin iştirakçıları – red.) gəlincə – biz dünyanın suverenliyimizə və ərazi bütövlüyümüzə hörmət edən bütün ölkələrinə açığıq. Biz istərdik ki, “qlobal cənub” ölkələri də sammitdə iştirak etsinlər. Zirvədə bütün ölkələrin liderlərinin olması çox vacibdir. Çin dünyada böyük rol oynayır, biz çox istərdik ki, Çin də “sülh formulunda” və sammitdə iştirak etsin”, – Zelenski vurğulayıb.