28 maydakı seçkidə iki namizəd var, amma millətimizin ürəyindəki namizəd Ərdoğandır.
AzerTimes xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib.
“6 fevral zəlzələləri tarixə heç bir ölkədə görülməmiş bir fəlakət kimi yazılıb. Burada ölkəmizin 50 mindən çox övladı şəhid olub. Onlara Allahdan rəhmət diləyirəm. Cəmiyyət olaraq çox düşünüb əhəmiyyətli bir qərar verə biləcək vəziyyətdə olmalıyıq”, – Baxçalı qeyd edib.