“Qarabağ” güclü komandadır.
AzerTimes xəbər verir ki, bunu İsveçin “Malmö” klubunun baş məşqçisi Henrik Ryudström “Qarabağ”a qarşı keçirdikləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
“Qarabağ” güclü komandadır. Həqiqətən çox çətinlik çəkdik. Bununla belə komandamdan razıyam. Qələbəyə layiq idik və istədiyimiz nəticəni qazandıq. Çox yaxşı müdafiə olunduq. İlk oyundan fərqli daha məntiqli çıxış etdik. Yeni təcrübə qazanmış olduq”, – baş məşqçi bildirib.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.