Ukrayna ətrafında baş verənlərə görə Avropa dəhşətli vəziyyətə düşdü, çünki bundan əvvəl onun rifahı Rusiyadan gələn ucuz və sabit təchizat əsasında qurulmuşdu.
AzerTimes xəbər verir ki, bunu Yaponiya Baş naziri Fumio Kişida deyib.
Avropa onilliklər ərzində Rusiyadan sabit və ucuz enerji təchizatı əsasında həyat və istehsal haqqında düşünürdü. Amma Ukraynadakı münaqişə Avropanın gələcəyi ilə bağlı mənzərəni əsaslı şəkildə dəyişdi, vəziyyət ağırlaşıb”, – Kişida bildirib.
Onun sözlərinə görə, Yaponiya Yaxın Şərqdən gələn təchizatdan çox asılıdır və buna görə də Avropa ilə oxşar vəziyyətdədir:
“Coğrafi xüsusiyyətlərinə görə enerji idxalından asılı olan Yaponiya bərpa olunan və nüvə enerjisi də daxil olmaqla bütün mövcud imkanlardan istifadə etməlidir”.