COVİD xəstələri toy şənliklərinə gedir, ictimai nəqliyyatdan istifadə edir – DİN

Xəbər - Samir Əli – Trend:

COVID xəstəsi ictimai məkanlarda aşkarlanarsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.

AzerTimes-ın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqdə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, COVİD xəstələri toy şənliklərinə gedir, ictimai nəqliyyatdan istifadə edir. Bu qəti qadağandır. İctimai nəqliyyatdan, metrodan COVID xəstələrinin istifadə etməməsi tələb olunur. Nəzərə alaq ki, sentyabrdan paytaxta axın ediləcək, sıxlıq yaranacaq, tələbələr rayonlardan gələcək.. Universitetlər, təhsil müəssisələrinin ətrafında sıxlıq yaranacaq, qaydalara ciddi şəkildə əlavə edilməlidir. Bu gün dövlətin ali məqsədi vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsidir”.


Teqlər: