COVID dövründə qısa enişdən sonra planetdə havaya atılan karbon səviyyəsi yenidən yüksəlir

Qlazqoda baş tutan COP26 danışıqlar ərəfədində hazırlanan Qlobal Karbon Layihəsi tədqiqat qrupunun ilkin hesablamalarına görə, qlobal karbon qazı çirklənməsi bu il pandemiyadan əvvəlki səviyyəyə qayıdıb.

AzerTimes-ın məlumatına görə, Paris Sazişinin çərçivəsində qlobal istiləşməyə qarşı 2050-ci məqsədlərinə çatmaq üçün ölkələr emissiya səviyyəsini hər il Almaniya və Səudiyyə Ərəbistanının birgə karbon hasilatından daha çox miqdarda azaltmalı olacaqlar.


Qazıntılardan əldə olunan yanacaqın yandırılması nəticəsində bu il emissiyaların səviyyəsi 2020-ci il göstəricisindən 4,9% artaraq 36,4 giqaton CO₂ və ya təxminən 2019-cu il səviyyəsinə çatacağı gözlənilir. Keçən il COVİD-19 ilə əlaqəli karantin və müvafiq tədbirlər dünyanın əksər yerlərində iqtisadi fəaliyyəti məhdudlaşdırdıqdan sonra emissiyalar 5,4% azalmışdı.

Teqlər: