Yeni növ koronavirusun ilk dəfə Britaniyada aşkar edilən mutasiyaya uğramış versiyasına Gürcüstanda da rast gəlinib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 2020-ci ilin dekabr ayının sonlarında xaricdən ölkəyə qayıdan üç nəfərdən götürülmüş analizdən yalnız birində – 50 yaşlı kişidə koronavirusun mutasiyaya uğramış versiyasi aşkar edilib.
Mərkəzdən xəstənin vəziyyətinin stabil olduğu qeyd edilib.
www.yenicag.az