Hindistanda aşkar olunan və dünyanın digər bölgələrində aktiv şəkildə yayılmağa başlayan koronavirus ştammı iki mutasiya nəticəsində yaranıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “MedikForum” yazıb.
Bildirilib ki, yüksək qızdırma, öskürək, yorğunluq, dad və qoxu itirməsi xəstəliyin ən çox göstərici əlamətlərindən biri olaraq qalır. Lakın yeni ştammın daha çox soyuqdəyməyə bənzəyən yeni simptomları var.
Xəstəlik allergik reaksiyanı və ya saman qızdırmasına bənzər şəkildə soyuqdəymə ya bir az narahatlıq kimi hiss edilə bilər.
COVID-19-un yeni variantı daha güclü infeksiya potensialına malikdir və immunitet sisteminin müqavimətini aşaraq bədənə daha asan daxil olmasını təmin edir.