COVID-19 pasportu və maska tələbi qüvvədə saxlanıldı – RƏSMİ

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti
mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən qərar qəbul edilib

Trend xəbər verir ki, 2022-ci il martın 6-dan etibarən ictimai
iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə icazə
veriləcək. O cümlədən sabahdan ictimai iaşə obyektlərində, eləcə də
restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti
ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6
nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət və pandemiya dövründə
ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən
adambaşı sıxlıq normaları ləğv ediləcək.

Ancaq etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı
təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq
immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı
peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan
şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) ictimai
iaşə obyektlərindəxidmətlərdənistifadə edə bilər. O cümlədən
ictimai iaşə müəssisələrində digər tələblər – girişlərdə COVİD-19
pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə
də qüvvədə saxlanılır.

Teqlər: