Xəbər - Asif Mehman -Trend:
COVİD -19 pasportu olmayan tələbələri dərsə buraxan universitetlər özü məsuliyyət daşıyacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə Operativ Qərargahın keçirdiyi birinfqdə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, əgər COVİD -19 pasportu olmadan yaşı 18-dən yuxarı şəxslər təhsil müəssisələrinə daxil olarlarsa, bu zaman həmin şəxslər polis tərəfindən məsuliyyətə cəlb olunmayacaq. Buna görə həmin təhsil müəsisəsinin rəhbərliyi, bu prosesə nəzarət edən şəxslər məsuliyyət daşıyacaq.