“COVID-19” pasportu olmayan 166 nəfər toya buraxılmayıb

Xəbər - Samir Əli – Trend:

Noyabrın 19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 344 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 166 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Teqlər: