“COVID-19” pasportu olmayan 151 nəfər toya buraxılmayıb

Xəbər - Samir Əli – Trend:

Fevralın 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi
Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində
160 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
monitorinq 157 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən
şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində
xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər
İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə
əsasən cərimə olunub.

151 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə
buraxılmayıb.

Teqlər: