COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir – ÜST rəhbəri

Bir çox ölkədə koronavirusa qarşı məhdudiyyətlərin aradan
qaldırılması pandemiyanın bitdiyi demək deyil.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
sədri Terdos Adhanom Qebreyesus bildirib.

“Pandemiya bitdimi? Xeyr, qəti surətdə yox. Başa düşürəm ki, bu
sizin eşitmək istədiyiniz mesaj deyil və bu, mənim çatdırmaq
istədiyim mesaj deyil”, – deyə 75-ci Ümumdünya Səhiyyə
Assambleyasının açılışında çıxış edən T.Qebreyesus bildirib.

O qeyd edib ki, dünyada koronavirusa yoluxma və ölüm hallarının
azalması, eləcə də bir çox ölkələrdə məhdudiyyətlərin götürülməsi
böyük irəliləyişdir, lakin “problem hər yerdə həll olunmayana qədər
heç yerdə həll olunmur”. ÜST rəhbərinin sözlərinə görə, dünyanın
müxtəlif regionlarında 70-ə yaxın ölkədə koronavirusa yoluxma
halları artmaqda davam edir, baxmayaraq ki, bütün dünyada
koronavirusla bağlı verilən testlərin sayı azalır.

Teqlər: