COVİD-19 laboratoriya yox, təbii mənşəlidir – ÜST

COVİD-19 laboratoriya yox, təbii mənşəlidir – ÜST

COVID-19, çox güman ki, laboratoriya yox, təbii mənşəlidir.

AzerTimes xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Ceremi Farrar “Faynənşl Tayms”a müsahibəsində bildirib.

“COVID-19”un təbii mənşəli olması ehtimalı getdikcə daha da artır. ÜST mütəxəssisləri koronavirusun mümkün yaranma səbəbi kimi laboratoriya yolunu – Uhan Virusologiya İnstitutundan sızmanı və infeksiyanın şəhər bazarlarında heyvan əti vasitəsilə ötürülməsini istisna etmirlər”, – deyə ekspert bildirib.

O, Çinin bütün məlumatları paylaşmağa hazır olduğu təqdirdə koronavirusun mənşəyinin səbəblərini axtarmaq üçün ÜST-nin Çinə yeni missiyasının təşkil edilməsini təklif edib.

Teqlər: