COVID-19-la mübarizə İşçi Qrupunun hesabat iclası keçirilib

Xəbər - Samir Əli – Trend:

Səhiyyə Nazirliyində COVID-19-la mübarizə İşçi Qrupunun hesabat iclası keçirilib.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlik tərəfindən ölkədə yayılmış COVID-19 virusunun qarşısını almaq üçün əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinə dəstək vermək məqsədilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi haqqında verilmiş tapşırığa əsaslanaraq 30 iyun 2020-ci il tarixində COVID-19-la mübarizə İşçi Qrupu yaradılıb.

İşçi qrupunun yaradılmasından bir il ötür.

Hesabat iclasında COVID-19-la mübarizə çərçivəsində xidmət göstərən COVID- məntəqələrinin, çağrı mərkəzlərinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardımın hesabatları təqdim olunub.

Bakı Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektortorunun müdiri İradə İsmayılova il ərzində görülmüş işlərin hesabatından bəhs edib. Diqqətə çatdırılıb ki, il ərzində 149 min 399 xəstə evdə nəzarətə götürülüb. Çağrı mərkəzinə 112 min 981 zəng daxil olub.

Teqlər: