COVİD-19-a yoluxmuş olsam da, vaksin vurdurdum- Həkim

Xəbər - İlhamə İsabalayeva – Trend:

Əslində, mən COVİD-19-a yoluxub sağalmışdım, amma orqanizmimdə virusa qarşı anticisimlərin sayı azaldığı üçün yenidən vaksin vurdurdum.

Bunu AzerTimes-a “Yeni klinika”nın həkim-anestezioloq-reanimatoloqu Niftalıyeva Sahabxanım deyib.

Onun sözlərinə görə, vaksin vurdurmaq öz seçimi olub:

“Mən həkim olaraq, hesab edirəm ki, indiki dövrdə virusdan qorunmağın ən əsas yolu peyvənd olunmaqdır. Buna görə də virusa yoluxmağıma baxmayaraq, vaksin vurdurmaq qərarına gəldim. Virusa yoluxduğum üçün vaksin vurdurmaya da bilərdim. Amma məsləhətləşdiyim infeksionistlər də bildirdilər ki, orqanizmimdə anticisimlərin sayı azaldığı üçün virusa qarşı müqavimətim azalıb, vaksin vurdurmağım məsləhətdir. Virusa yoluxmayan insanlar, eləcə də yoluxub sağalmasından bir neçə ay ötənlər vaksin vurdursunlar”.

N.Sahabxanım vaksin vurdurduqdan sonra heç bir narahatlıq yaranmadığını da söyləyib.

Teqlər: