COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər – RƏSMİ

Xəbər - İlhamə İsabalayeva – Trend:

COVİD-19 virusuna qarşı kimlərə vaksinin vurulmayacağı açıqlanıb.

TƏBİB-dən AzerTimes-ın sorğusuna cavab olaraq, bildirilib ki, istehsalçı şirkətin tövsiyəsinə əsasən, 18 yaşa qədər şəxslərə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir, çünki bu istiqamətdə hələ tədqiqat aparılmayıb:


“Vaksindən sonra mümkün ola biləcək – baş ağrısı, əzələ ağrısı, qızdırma və s.kimi əlamətlər isə əks-göstəriş deyil. Bu əlamətlər əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir”.

Teqlər: