Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
AzerTimes məktubun mətnini təqdim edir:
“Möhtərəm Mehriban xanım,
Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını Türk milləti adından və şəxsən öz adımdan ən səmimi hisslərimlə təbrik edirəm.
Novruzun rəmzi olan sevgi, birlik və qardaşlığı ölkələrimizdən və bölgələrimizdən kənara bərabər çatdırmaq ümidi ilə Zati-alinizə sağlamlıq, xoşbəxtlik və uğurlar, dost və qardaş Azərbaycan xalqına isə firavanlıq və əmin-amanlıq dolu bir il arzulayıram”.