COVAX təşəbbüsü çərçivəsində vaksinlərin ölkəyə gətirilməsi təmin edilib – Agentlik

Xəbər - Humay Ağacanova – Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin müvafiq qurumları tərəfindən müəyyənləşdirilən tələbata uyğun vaksin alışını həyata keçirir. COVAX təşəbbüsü çərçivəsində verilən vədə əməl olunaraq 2021-ci ildə Biontech/Pfizer və AstraZeneca/Vaxzevria vaksinlərinin ölkəyə gətirilməsi təmin edilib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 2021-ci ildə ölkəyə təsdiq olunmuş müqavilələrə əsasən 16 937 790 doza vaksin dərman vasitəsi gətirilib.

Teqlər: