İsraildə ötən sutka ərzində yeni növ koronavirusa 285 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın “The Jerusalem Post”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Bildirilir ki, şənbə günü koronavirusun müəyyən edilməsi üzrə aparılan testlərin yalnız 1,7 faizi müsabət nəticə verib.
Məlumata əsasən, hazırda 6 085 nəfərin müalicəsi davam etdirilir, onlardan 561 nəfərinin vəziyyəti ağırdır.
Qeyd edilir ki, 5 184 902 vətəndaş koronavirusa qarşı vaksinin ilk dozasını alıb, onlardan 4,5 milyonu isə tam vaksinasiya olunub.