
Xalq arasında “ölümdən başqa hər dərdin dərmanı” kimi tanınan çörək otu yağı son illər sosial şəbəkələrdə və alternativ tibb məhsulları bazarında geniş şəkildə təbliğ olunur. Mütəxəssislər isə bu məhsulun faydalarının mövcud elmi məlumatlar əsasında, mübaliğəsiz qiymətləndirilməsinin vacib olduğunu bildirirlər.
Çörək otu toxumlarının soyuq sıxım üsulu ilə alınan yağı timokinon, omega-6 və omega-9 yağ turşuları ilə zəngindir. Bu maddələr o antioksidant və iltihabəleyhinə təsir göstərə bilir.
AzerTimesçörək otu yağının faydalarını təqdim edir:
İmmunitetə dəstəyi
Antioksidant tərkibi sayəsində çörək otu yağı xüsusilə soyuqdəymə və mövsümi xəstəliklər zamanı orqanizmin müqavimətini artırmağa kömək edə bilər.
Tənəffüs yollarına təsiri
Astma, öskürək və bəlğəm kimi problemlərdə boğazı yumşaldıcı təsiri olduğu qeyd olunur. Lakin həkimlər bu yağın dərmanların alternativi kimi istifadə edilməsini tövsiyə etmirlər.
Həzm sisteminə təsiri
Çörək otu yağı köp, qaz və həzmsizlik şikayətlərinin azalmasına kömək edə bilər. Xüsusilə ağır yeməklərdən sonra rahatladıcı təsir göstərdiyi bildirilir.
Qan şəkəri və dəriyə təsiri
Bəzi araşdırmalarda qan şəkərinin tənzimlənməsinə dəstək ola biləcəyi qeyd edilsə də, diabet xəstələrinin həkim məsləhəti olmadan istifadəsi risklidir. Dəri və saç baxımında isə akne, quruluq və kəpəyə qarşı köməkçi vasitə kimi istifadə olunur.
Alergiya və yaraların sağalması
İltihabəleyhinə xüsusiyyətləri səbəbindən allergiya əlamətlərini yüngülləşdirə və xırda yaraların sağalmasını sürətləndirə bilər. Bununla belə, ciddi tibbi problemlərdə əsas müalicə vasitəsi sayılmır.
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN