Çörək alarkən nələrə diqqət etmək lazımdır?

Xəbər - Çingiz Səfərli – Trend:

Qida rasionumuzun əsasını təşkil edən çörək keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükə yaradır.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Çörəyin keyfiyyət göstəricilərinə turşuluq, nəmlik və məsaməlilik eyni zamanda orqanoleptik göstəricilər (iyi, dadı, rəngi) daxildir. Çörəyin qabığında çatlar olmamalıdır. Qabığının rəngi buğda çörəyində qızılı sarıdan, açıq qəhvəyiyə qədər, çovdar və kəpəkli buğda çörəklərində açıqdan tünd qəhvəyiyə qədər olur. Kəsiyində qabığının qalınlığı 3-4 mm-dən çox olmamalıdır. İçliyin vəziyyəti kəsilmiş çörəkdə müəyyən edilir. İçliyi yaxşı bişmiş, bərabər məsaməli, barmaqla yoxladıqda nəm və ələ yapışqan olmamalı və üzərinə yüngül basdıqda elastik olub öz əvvəlki formasını almalıdır.

Eyni zamanda yumşaq olmalı, ovxalanmamalı, daxilində un hissəcikləri və yumrular olmamalıdır. Hündür, yaxşı məsaməli çörək orqanizmdə asan mənimsənilir. Çörəyin səthi hamar, parıltılı, yanmamış olmalıdır. İyi xoşagələn olmalı, acı və turş tamlı, çeynəndikdə xırçıltılı, kənar iy, kif və s. olmamalıdır.

Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur, bu isə insan orqanizmi üçün olduqca təhlükəlidir. Təzə xəmirə az sayda göbələk sporunun düşməsi kifayətdir ki, bütün məhsul partiyası yararsız vəziyyətə düşsün.

Teqlər: