COP29 zolaqları ilə bağlı çağırış: Müraciət etməyin!

COP29 zolaqları ilə bağlı çağırış: Müraciət etməyin!

Dövlət qurumları, özəl şirkətlər, biznes subyektləri və digər hüquqi şəxslər əsası olmadan COP29 zolaqlarından istifadə, xüsusi stikerlər və nəqliyyatın buraxılış və parklanma icazələri üçün müraciət etməməlidirlər.

AzerTimes xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

O.Mahmudlu bildirib ki, yalnız xüsusi xidmət və tədbir avtomobillərinə, eləcə də ictimai nəqliyyat vasitələrinə bu zolaqlardan istifadə imkanı yaradılacaq:

“Noyabrın 1-dən bu zolaqlarda hərəkət üçün xüsusi avtomobillərə stikerlər və buraxılış-parklanma icazələri verilib və bu icazələr yalnız COP29 Əməliyyat Şirkəti tərəfindən təmin edilir. Digər qurumların bu məsələlərlə bağlı müraciət etməmələri xahiş olunur”.

Qeyd edək ki, noyabrın 1-dən etibarən COP29-a görə 26 küçə və prospekt – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində xüsusi zolaqlar təşkil edilib və onlara daxil olmaq qadağan olunub.

Teqlər: