COP29 tədbirlərinin keçirilməsi zamanı ölkədəki ümumi təhsil müəssisələrində tədrisin dayanması ilə bağlı hazırda müvafiq bir qərar yoxdur.
AzerTimes xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
“Biz hazırda sentyabrın 15-nə hazırlaşırıq”, – deyə o qeyd edib.