COP29-un ölkəmizdə keçirilməsi böyük siyasi hadisə olacaq

COP29-un ölkəmizdə keçirilməsi böyük siyasi hadisə olacaq

Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi yüksək nailiyyətlərin sayı və önəmi artmaqda davam edir. Bir neçə gün bundan öncə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gələn il ölkəmizdə keçirilməsi barədə qərar qəbul edilib. Bütün dünya ölkələrinin yekdil rəyi ilə qəbul edilmiş bu qərar dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmət və etimadın növbəti nümayişidir.

AzerTimes xəbər verir ki, bu sözləri deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, ölkəmizə qarşı bu münasibət, ilk növbədə, cənab Prezident İlham Əliyevin uzun illər boyu həyata keçirdiyi gərgin fəaliyyəti, hər zaman nümayiş etdirdiyi prinsipial mövqeyi və yürütdüyü müstəqil siyasəti sayəsində formalaşmışdır.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusi müşavirənin keçirilməsi COP29-un gələn il Azərbaycanda keçirilməsinin ölkəmiz üçün müstəsna siyasi əhəmiyyət kəsb etdiyindən xəbər verir. Məlumdur ki, ölkəmizin bu ilin sentyabr ayında uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra bəzi Qərb dövlətləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Bu ittihamlar qərəzli xarakter daşıyır və onların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək suverenliyini bərpa etmişdir. Prezident İlham Əliyev COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı dekabrın 15-də keçirdiyi müşavirədə bu məsələyə də toxunaraq dünya ölkələri tərəfindən antiterror tədbirlərdən cəmi iki ay yarım sonra belə bir qərarın qəbul olunmasını mühüm siyasi əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirmişdir. Bu qərar əlbəttə ki, bütün dünya ictimaiyyətinin Azərbaycana dəstəyinin bariz ifadəsidir. Hətta Ermənistanın belə artıq yaranmış reallıqlarla barışdığı halda, Fransanın öz destruktiv mövqeyini ortaya qoyması, bu ölkənin bəzi siyasi liderlərinin ermənilərdən daha çox erməni olmağa çalışmaları anlamına gəlir. Lakin Prezident İlham Əliyevin dediyi kimi, beynəlxalq birlik heç də 30-40 ölkədən ibarət deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərdilər.”

K.Qafarov COP29-un öz tarixi ərzində ölkəmizdə keçiriləcək ən böyük beynəlxalq tədbir olduğunu vurğulayaraq deyib:

“Azərbaycan bu günə qədər bir çox mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. O cümlədən, bu il ölkəmizdə Beynəlxalq Astronavtika Konqresi böyük müvəffəqiyyətlə keçirildi. COP29 bu tədbirlərdən həm əhəmiyyətinə, həm də miqyasına görə çox fərqli olacaq. Cənab Prezident, müəyyən ehtimallara görə, tədbirdə təqribən 70-80 min xarici qonağın iştirak etmək üçün ölkəmizə səfər edəcəklərini bildirdi. Ən mühüm məqamlardan biri də budur ki, aparıcı neft-qaz ölkələrindən biri kimi tanınan Azərbaycan bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, “yaşıl enerji” növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin əsas prioritetlərindən biridir” .

Teqlər: