BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb.
AzerTimes xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin koordinasiya şurasının üzvü İsmayıl İsayev deyib.
O bildirib ki, bu ayın sonunda görüləcək işlərin sınaq mərhələsinə başlanılacaq.
“Tədbirə hazırlıq məqsədilə bütün mərhələlər tamamlanmaq üzrədir”, – İ.İsayev qeyd edib.
Qeyd edək ki, COP29 noyabrın 11-22-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək.