COP29: Ermənistan qərar verməlidir – Hacıyev

COP29: Ermənistan qərar verməlidir – Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasında (COP29) hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfinin özü qərar verməlidir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyi ilə əlaqədar Konvensiyanın bütün üzvlərinə COP29-da iştirakla bağlı dəvət göndərib:

“Bu, ev sahibi olaraq Azərbaycan Respublikasının öhdəliyidir. Azərbaycan iqlim dəyişikliyi ilə əlaqədar Konvensiyadan irəli gələn məsələlərin müzakirəsi üçün çox gözəl bir platformadır. Bütün tərəf dövlətlərə dəvət göndərilib. Təbii ki, tədbirdə hansı səviyyədə iştirakla bağlı qərarı bütün tərəf dövlətlər və Ermənistanın özü verməlidir”.

Teqlər: