COP29-da özəl sektorların iş qrafiki necə olacaq?

COP29-da özəl sektorların iş qrafiki necə olacaq?

COP29-un keçiriləcəyi müddətdə iş rejimi ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən verilir. NK-nın inzibati olaraq qəbul etdiyi qərar dövlət sektoru üçün nəzərdə tutulub. Beynəlxalq praktikaya görə, özəl sektora yalnız tövsiyə verilə bilər.

Bu sözləri AzerTimes-a iqtisadçı alim Vüqar Bayramov Bakıda COP29 tədbiri günlərində (12-22 noyabr) özəl sektorun iş qrafikinin necə qurulacağı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda bununla da bağlı qərar verilə bilər:

“Sözsüz ki, özəl sektorun da COP29-un daha yaxşı təşkilinə töhfə verməsi məqsədəuyğun olardı. Bu tədbir Azərbaycanın təqdimatıdır”.

Qeyd edək ki, Bakıda keçiriləcək COP29 tədbirləri zamanı (12-22 noyabr) orta məktəblər tətilə buraxılacaq, ali məktəblərdə tədris isə onlayn qaydada aparılacaq. Həmçinin dövlət idarələrinə işçi heyətinin 70%-nin məsafədən işləməsinin təşkili ilə bağlı qərar verilib.

Teqlər: