Böyük Britaniya Baş naziri Boris Conson Kiyevdəki görüşdə Ukrayna lideri Vladimir Zelenskiyə kraliça II Yelizaveta haqda kitab hədiyyə edib.
AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Bildirilib ki, Consonun hədiyyə etdiyi kitab “Dövrümüzün kraliçası: II Yelizavetanın həyatı” adlanır.
Conson kitabı Zelenski üçün özü imzalayıb.
Consonun bu hədiyyəsinin hansı rəmzi məna daşıdığı bilinmir.