Ukraynanı onun üçün əlverişsiz sülhə məcbur etmək dəhşətli nəticələrə gətirib çıxaracaq.
AzerTimes xəbər verir ki, bu barədə NATO-nun Madriddə keçirilən sammitində Böyük Britaniyanın baş naziri Boris Conson bildirib.
“Ukrayna məğlub olarsa və ya əlverişsiz şərtlərlə sülhü qəbul etməyə məcbur olarsa, bütün planetdə azadlıq üçün nəticələr dəhşətli olacaq. Biz ukraynalıların özlərindən daha çox ukraynalı ola bilmərik. Onlar Rusiya ilə razılaşmaq istəyirlərmi? Təbii ki, bu onların qərarıdır”, – Conson bildirib.