Consondan Çinə xəbərdarlıq: Tarixi səhv olacaq…

Consondan Çinə xəbərdarlıq: Tarixi səhv olacaq…

Əgər Çin Ukraynadakı vəziyyətdə Rusiyanı dəstəkləsə və Moskvanı silahla təmin etmək qərarına gəlsə, bu, Pekinin tarixi səhvi olacaq.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

“Mən Vanq Yinin dünən Moskvada nə etdiyini narahatlıqla izlədim”, – Conson bildirib.

O qeyd edib ki, Moskva ilə Pekin arasında ehtimal edilən əməkdaşlıq Qərbin Kiyevə dəstəyi artırmalı olduğunu göstərir.

Böyük Britaniyanın keçmiş baş naziri hesab edir ki, 2023-cü il Ukrayna üçün qələbə ili olmalıdır.

Teqlər: