Consona yeni vəzifə verildi

Consona yeni vəzifə verildi

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona Mühafizəkarlar Partiyasında yeni vəzifə verilib.

AzerTimes xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

Bildirilib ki, B.Conson Ukrayna ilə dostluq qrupuna başçılıq edəcək.

Dostluq qrupunun yeni rəhbərinin adı Mühafəzkarlar Partiyasının qurultayında açıqlanıb. Qeyd edilib ki, Boris Conson Ukraynanı dəstəkləyən dünya liderləri arasında birincilərdəndir.

Keçmiş baş nazir tədbirdə iştirak etməsə də, yeni vəzifədə fəaliyyət göstərməyə razılıq verib.

Qeyd edək ki, Baş nazir vəzifəsində Boris Consonu keçmiş xarici işlər naziri Liz Trass əvəz edib.

Teqlər: