Conson Zelenskiyə Ukrayna üçün yeni yardım paketini təqdim edib

Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə səfəri zamanı
yeni maliyyə və hərbi yardım paketini təqdim edib.

AzerTimes-ın məlumatına görə, B.Conson bu barədə özünün “Twitter”
səhifəsində yazıb.

“Bu gün mən Ukrayna xalqının sarsılmaz dəstəyinin əlaməti olaraq
Kiyevdə dostum prezident Zelenski ilə görüşdüm. Biz yeni maliyyə və
hərbi yardım paketini təqdim edirik”, – deyə Böyük Britaniyanın baş
naziri bildirib.

Xatırladaq ki, daha əvvəl B.Consonun Kiyevə səfərə gəldiyi
bildirilmişdi.