Böyük Britaniya Baş naziri Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenskiyə Londona səfərə dəvət etmək istəyir.
AzerTimes xəbər verir ki, bu barədə “Sunday Tayms” məlumat yayıb.
Nəşrin məlumatına görə, Conson Zelenskiyə Böyük Britaniyaya dövlət səfəri, o cümlədən Kraliça II Yelizaveta ilə görüş təklif etmək niyyətindədir.
Səfərin oktyabr ayında baş tutacağı bildirilib.