Conson Ukrayna üçün ABŞ-a “köçür”

Conson Ukrayna üçün ABŞ-a “köçür”

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson diqqətini ABŞ-ın Ukraynaya dəstəyini gücləndirməyə yönəldəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Consonun müttəfiqlərinə və dostlarına istinadən məlumat yayıb.

Consonun dostlarının sözlərinə görə, onun yeni baş nazir Sunakın rəhbərliyi altında kabinetə daxil olması ehtimalı azdır:

“Onun geri qaytarılmasının istəniləcəyi gözləntiləri yoxdu. Bunun əvəzində Conson Rusiya təcavüzündən müdafiədə Ukraynaya Qərb dəstəyinin əsas hərəkətvericilərindən biri kimi vəzifədə qazandığı mövqedən yaxşı istifadə etmək istəyir. Conson ABŞ-ın Ukraynaya gələcək ikitərəfli dəstəyi üçün lobbiçilik məqsədilə Vaşinqtonda daha çox vaxt keçirməyi planlaşdırır. Rişi Sunak da öz növbəsində keçmiş baş nazirin mümkün beynəlxalq roluna işarə edərək, Consonun ictimai həyata töhfə verməyə davam edəcəyinə ümid etdiyini bildirib. Bəzi Britaniya hökumət rəsmiləri Consonun Ukraynanın yenidən qurulması səylərinə potensial olaraq köməklik göstərərək beynəlxalq elçi rolunu üzərinə götürməsi imkanını müzakirə ediblər”.

Qeyd edək ki, Baş nazirlik uğrunda yarışdan ayrıldıqdan sonra Conson siyasətdən daimi olaraq təqaüdə çıxmaq planlarının olmadığını bildirib:

“Düşünürəm ki, təklif edə biləcəyim çox şey var, amma qorxuram ki, indi uyğun vaxt deyil”.

Teqlər: