Vladimir Putin Ukraynaya genişmiqyaslı hücum başlatmaqla təkcə NATO-nu gücləndirmədi, həm də Ukraynanı alyans üzvlüyünə yaxınlaşdırdı.
AzerTimes xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.
O bildirib ki, indi Kreml rəhbəri Qərbi nüvə ritorikasına çəkmək istəyir və vacib olanı bu tələyə düşməməkdir:
“Böyük müharibə öncəsi Ukraynanın NATO üzvlüyünə ümumiyyətlə baxılmırdı. NATO-da bunu dəstəkləyən kifayət qədər insan yox idi, çoxları buna qarşı idi. Bir insan tapıldı ki, Ukraynanın NATO-ya yaxınlaşması ilə bağlı inanılmazı etdi. O, Vladimir Putin idi”.