Budur mənim Yeni il proqnozlarım! İnflyasiya azalmağa davam edəcək. Çin Omikrondan xilas olacaq. Putin Ukraynada uduzacaq. Ümumiyyətlə, 2023-cü il 2022-ci ildən daha yaxşı il olacaq. Xəyal qurmaqdan qorxmayın. Yeni iliniz mübarək!
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Tvitterdəki videomüraciətində bildirib.
O, 2022-ci ildə Böyük Britaniyanın kraliçanı itirdiyini və son 80 ilin ən dəhşətli müharibəsinin Avropada başladığını vurğulayıb:
“Mən həmişəkindən daha çox əminəm ki, Vladimir Putin Ukraynada uduzacaq və ukraynalılar azad, suveren və müstəqil dövlət olmaq taleyinə nail olacaqlar”.