Conson Makronu döyməklə hədələyib

Conson Makronu döyməklə hədələyib

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makronu döyməklə hədələyib.

AzerTimes xəbər verir ki, bunu Consonun keçmiş mətbuat katibi Quto Harri deyib.

“Britaniya mətbuatı hökumətin qaçqınlarla bağlı hərəkətlərinə sərt reaksiya verəndə, Makron birbaşa Borisi tənqid edərək, alovun üstünə yağ tökdü. Makronun sözləri “Quardian”ın manşetində yer aldı. Və Boris sərt və qəzəbli şəkildə onu hədələdi. Xüsusilə, Conson Makronu “Putinin yaltağı” adlandırdı və onu döyəcəyini vəd etdi. Lakin sonradan münasibətlər yaxşılaşdı”, – o bildirib.

Teqlər: