Conson Kiyevdə yeni hərbi yardım paketini elan etdi

Conson Kiyevdə yeni hərbi yardım paketini elan etdi

Böyük Britaniya Ukraynaya 200 PUA və döyüş sursatı, 850 “Black Hornet” mikro dronları da daxil olmaqla, 54 milyon funt-sterlinq dəyərində yeni hərbi yardım edəcək.

AzerTimes xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Böyük Britaniyanın istefa verən Baş naziri Boris Conson deyib.

Baş nazir həmçinin qeyd edib ki, müharibə başlayandan Böyük Britaniya Kiyevə 2,3 milyard funt-sterlinq (2,7 milyard dollar) məbləğində maliyyə və hərbi yardım edib.

Teqlər: