Conson baş nazir vəzifəsinə qayıtmaq istəyir

Conson baş nazir vəzifəsinə qayıtmaq istəyir

Britaniyanın istefa verən baş naziri Boris Conson gələcəkdə hökumət başçısı olmağı hədəfləyir.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms” öz mənbəsinə istinadla məlumat yayıb.

“Conson düşünür ki, onu əvəz edəcək istənilən şəxs hakimiyyət üçün fəlakətli olacaq və mühafizəkarların ümumi seçkilərdə məğlubiyyətinə gətirib çıxaracaq. Onun fikrincə, məğlubiyyətdən bir neçə il sonra partiyanı yenidən hakimiyyətə gətirmək üçün kifayət qədər dinamizmi olan birini axtarmaq lazım gələcək. Conson özünü “həmin adam” hesab edir”, – məlumatda qeyd edilib.

İstefa verən baş nazirin köməkçiləri deyirlər ki, Conson işi yarımçıq qalmış adam kimi istefaya gedir. Britaniya nəşrinin məlumatına görə, Mühafizəkarlar Partiyasının 7,6 mindən çox üzvü Consonun keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trass ilə birlikdə baş nazirliyə namizədlər siyahısına daxil edilməsini tələb edən petisiya imzalayıb.

Teqlər: