Conni Hollideyin motosikleti 470,8 min avroya satılıb

Adını açıqlamaq istəməyən şəxs məşhur fransız müğənni Conni
Hollideyə məxsus (1943-2017) “Lauranın Gözləri” motosikletini 470,8
min avroya alıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “France Info” qəzeti xəbər
yayıb.

Məlumata əsasən, “Harley-Davidson” motosikleti Parisin
retroavtomobillər salonunda 470 840 avroya satılıb. İlkin olaraq
hərracın təşkilatçıları lotu maksimum 250 000 avro dəyərində
qiymətləndiriblər.

“Bu, müharibədən sonra yığılan motosiklet üçün rekord dərəcədə
yüksək qiymətdir”, – deyə qeyd edilir.