Xəbər - Samir Əli – Trend:
Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində “City Garden”
layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə
əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş 4
nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən
edilib.
AzerTimes xəbər verir
ki, zərərçəkmiş həmin şəxslərə ambulator tibbi yardım
göstərildikdən sonra sonuncular evə buraxılıblar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən
araşdırma aparılır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-texniki təhlükəsizlik
ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, iş üzrə
əhəmiyyət kəsb edən maddi sübut və sənədlər cinayət prosessual
qanunvericiliyin tələblərinə uyğun götürülüb.
Zərər çəkmiş şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən
etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib.