“Coffee`N Joy” 20 iyul tarixnədək həftə sonları saat 17:00-dan 22:00-a qədər qəhvəsevərləri dənizkənarı milli parkda qəhvəyə qonaq edir.
AzerTimes xəbər verir ki, bulvar boyu səyyar şəkildə “Coffee`N Joy”markasına aid olan məhsulların dadımı həyata keçirilir.
Aksiyanın həyata keçirilməsində əsas məqsəd həm istehlakçılara marka haqqında ətraflı məlumat vermək, həm də onları qəhvənin dadına baxmağa dəvət etməkdir.
Qeyd edək ki, marka ötən ilin fevral ayından məhsullarının şəhərin müxtəlif yerlərində təqdimatını keçirərək , qəhvəsevərləri sevindirir.
Belə ki, bir sıra tədbirlərdə də uğurla iştirak edən adıçəkilən marka “Soyuq əllər, isti ürək”, “Yayland” yarmarkaları olmaqla bir çox ictimai tədbir, konsert və digər nöqtələrdə dadımlar həyata keçirib.