Coca-Cola sosial şəbəkələrdə reklamdan imtina etdi

Coca-Cola  sosial şəbəkələrdə reklamdan imtina etdi

Dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan “Coca-Cola” şirkəti “Facebook”un boykotu ilə əlaqədar azı 30 gün ərzində heç bir sosial şəbəkədə reklam yerləşdirməyəcək.

Bu barədə şirkətin icraçı direktoru Ceyms Kuinsi bildirib.

“Dünyada irqçiliyə yer yoxdur, elə sosial şəbəkələrdə də irqçiliyə yer yoxdur” deyən Kuinsi əlavə edib ki, 30 gün ərzində şirkət rəhbərliyi reklam siyasətini yenidən nəzərdən keçirəcək və dəyişikliyə ehtiyacın olub-olmadığını müəyyən edəcək.

Qeyd edək ki, daha öncə “Unilever” şirkəti də “Facebook”, “Twitter” və “İnstagram”da reklam yerləşdirməklə bağlı oxşar açıqlama verib. Belə qərarın ABŞ-da irqçiliklə bağlı gərgin atmosferlə əlaqədar qəbul edildiyi bildirilir.